AZ

Qəbələdə hovuzda boğularaq öldüyü ehtimal edilən yeniyetmənin atası hadisənin təfərrüaltarından danışıb (FOTO)

Ağcabədi. Trend:

Fevralın 1-i 2025-ci il tarixində Qəbələ rayonunun Vəndamqəsəbəsində hovuzda boğularaq öldüyü ehtimal olunan Ağcabədi rayonsakini, 15 yaşlı Hüseyn Hüseynovun ailə üzvləri hadisə ilə bağlısosial şəbəkələrdə və bəzi xəbər saytlarında yayılan yalnışxəbərlərdən narahatdırlar.

Baş vermiş hadisə ilə bağlı mərhum yeniyetmənin atası AzərHüseynov Trend-inbölgə müxbirinə açıqlamasında bildirib ki, onun oğlu Qəbələyə ailəüzvləri ilə deyil, məşqçi müəllimi və məşq yoldaşlarıilə birlikdəgedib.

"Bütün xəbər saytları yazır ki, o ailəsi ilə istirahətə gedib,orada hovuzda boğulub. Bu, belə deyil. Hüseyn güləş idman növü iləməşğul olub. O, Qəbələyə yarışa hazırlıq üçün təlim keçməkməqsədilə müəllimi və məşq yoldaşları ilə birlikdə gedib", - oəlavə edib.

Mərhumun atası vurğulayıb ki, onun oğlu sağlam uşaq olub.

"İcazələr alındıqdan sonra mən uşağımın cəsədinə baxmışam. Onunüzərində hər hansı iz olmayıb. Hüseyn müəllimi və məşq yoldaşlarıilə olub, onlar hovuzda çimiblər. Müəllimi günahlandırmıram.Müəllim o uşaqların içində Hüseyni balaca qardaşı kimi sevib. Dahasonra müəllim oradan gedib, uşaqlar isə hovuzda bir az da qalmaqistəyiblər. Bu da uşaqların mənə dediyi sözdür. Onlar sonra çıxıbgəliblər və görüblər ki, Hüseyn yoxdur. Onu axtarıblar və hovuzdaolduğunu, vəfat etdiyini görüblər. Sizdən xahiş edirəm ki, buməlumatlar düzgün çatdırılsın", - A. Hüseynov bildirib.

Qeyd edək ki, fevralın 1-i saat 22 radələrində Ağcabədi rayonsakini 2010-cu il təvəllüdlü Hüseyn Azər oğlu Hüseynovun cansızbədəni, Qəbələnin Vəndam kəndində yerləşən A-Frame istirahət evininhovuzunda tapılıb.

Qəbələdə
Qəbələdə
Qəbələdə
Qəbələdə
Məqalədə:
Seçilən
10
az.trend.az

1Mənbələr