Əhməd əl-Şaraa (Əbu Məhəmməd əl-Culani ləqəbi ilə tanınır) Suriyanın keçid dövrü prezidenti kimi ikinci rəsmi səfərini Türkiyəyə edib.
Publika.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hazırda Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Əhməd əl-Şaraa arasında görüş başlayıb.
İkitərəfli görüş və heyətlərarası işçi yeməyindən sonra liderlər birgə mətbuat konfransı keçirəcəklər.