\"Real\"ın futbolçuları Kilian Mbappe və Cud Bellinqem İspaniya Kubokunun 1/4 final mərhələsində \"Leqanes\"lə oyunu buraxacaqlar.
Bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.
O, hər iki ulduz oyunçunun zədə səbəbindən sabahkı matçda meydana çıxmayacağını söyləyib.
Qeyd edək ki, \"Leqanes\" - \"Real\" qarşılaşması fevralın 5-də, Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.