Aktyor Bred Pitt keçmiş həyat yoldaşı Ancelina Coliyə 21 yaşlı oğulları Paksın həyatının bir hissəsi olmağa icazə vermək xahişi ilə müraciət edib.
Belə ki, o, özünün elektriklə işləyən velosipedində avtomobilə çırpılıb. Bu, Paksın il ərzində artıq üçüncü qəzasıdır.
B.Pitt qorxur ki, oğlu eyni ruhda davam edəcək və yekunda qəza kədərli sonla bitəcək. Bu səbəbdən aktyor A.Colidən kömək istəyir və vaxtilə uşaq ilə keçirə bilmədiyi vaxtın əvəzini çıxarmaq niyyətindədir.