AZ

İsveçdə atışma nəticəsində 4 nəfər yaralanıb

İsveçin Örebro şəhərində məktəbə silahlı hücum nəticəsində 4 nəfər yaralanıb.

QAZİLER.AZ xarici mətbuata istinadən bildirir ki, Örebro polisi Risbergska Liseyi şəhərciyinə silahlı hücum nəticəsində 4 nəfərin yaralandığını açıqlayıb.

Hücumun yerli vaxtla saat 13:30-da baş verdiyi, xəsarət alanlar barədə təfərrüatların hələlik paylaşılmadığı bildirilib.

Digər tərəfdən, bölgədəki insanlar evlərində qalmağa çağırılıb.

Örebro polisinin sözçüsü Lars Hedelin hadisə ilə bağlı qətlə cəhd və yandırma şübhəsi ilə istintaq başladıldığını açıqlayıb.

“Expressen” qəzetinin yazdığına görə, bir nəfərin məktəb şəhərciyinə avtomat silahdan atəş açdığı, vurulanların arasında hadisə yerinə gedən polislərin də olduğu bildirilib.

Örebro Sağlamlıq Müdirliyi, yaralıların reanimasiyaya aparıldığını açıqladı.

QAZİLER,AZ

Seçilən
9
qaziler.az

1Mənbələr