1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İsveçin Erebru şəhərində "Campus Risbergska" məktəbi ərazisində baş vermis atışmada beş nəfər güllə yarası alıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, yaralıların vəziyyəti barədə dəqiq məlumat yoxdur.
Artıq əraziyə polis qüvvələri cəlb olunub, əməliyyat həyata keçirilir.
Hadisə yerində xilasedicilər və təcili yardım maşınları da müşahidə olunur.
Əhaliyə məktəb ərazisindən uzaq durmaq və evlərində qalmaq tövsiyə edilir.