AZ

Vətən müharibəsi şəhidinin anası vəfat etdi

Gəncə şəhərində 44 günlük Vətən müharibəsi şəhidi Mehrab Əliyevin anası Almaz Əliyeva dünyasını dəyişib.

Teleqraf.com-un qərb bürosunun məlumatına görə, anidən səhhəti pisləşən qadın xəstəxanaya çatdırılıb.

Beyin qanaması diaqnozu ilə xəstəxanalardan birinə yerləşdirilən qadının həyatını xilas etmək mümkün olmayıb. O, İmamzadə qəbristanlığında dəfn olunub.

Qeyd edək ki, A. Əliyava Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş, Tərtər rayonunun Suqovuşan kəndi, Goranboy, Füzuli, Cəbrayıl və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak edən və yaralanaraq Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında həyatını itirən şəhid Mehrab Əliyevin anasıdır.


Müəllif: Teleqraf.com
Seçilən
5
13
teleqraf.com

10Mənbələr