AZ

"Real Madrid"in ulduzu yenə sıradan çıxdı - MS ilə oyunu buraxacaq

"Real Madrid"in 32 yaşlı avstriyalı müdafiəçisi David Alaba yenidən zədə alıb. 

Fanat.Az xəbər verir ki, məlumatı İspaniya klubunun mətbuat xidməti yayıb.

Bildirilib ki, Alabaya sol bud əzələsinin zədələnməsi diaqnozu qoyulub. Klub futbolçunun müayinəsindən əlavə nəticələrini gözləyir. Bununla belə, müdafiəçinin 2-3 həftə oynaya bilməyəcəyi proqnozlaşdırılır. Buna görə də Alaba Çempionlar Liqasının pley-off mərhələsinin fevralın 11-də İngiltərədə “Mançester Siti”yə qarşı keçiriləcək ilk oyunu buraxacaq.

Bugünkü məşqdə Vinisius Junior və Cud Bellingem də iştirak etməyiblər. Əvəzində Eduardo Kamavinqa məşqlərə başlayıb.

Daha əvvəl Antonio Rüdigerin təxminən 20 günlük sıradan çıxdığı bilinir.

Xatırladaq ki, Alaba 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə almışdı. O, bir ildən çox vaxt keçdikdən sonra - 30 dekabr 2024-cü ildə komandaya qoşulub. 

Mirağa

Seçilən
10
fanat.az

1Mənbələr