1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Daşkasən rayonunda 76 yaşlı kişi intihar edib.
Oxu.Az Teleqraf.com-a istinadla xəbər verir ki, hadisə rayonun Zilvan kəndində baş verib.
1949-cu il təvəllüdlü kənd sakini İsmayılov Zahid Əmir oğlu özünü asaraq intihar edib. Yaxınları onu asılmış vəziyyətdə tapıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Faktla bağlı Daşkəsən Rayon Prokurorluğunda araşdırma başlayıb.