AZ

İsveçdə məktəbin önündə insident - Avtomatdan atəş açılıb

İsveçin Erebru şəhərində "Campus Risbergska" məktəbi ərazisində baş vermis atışmada beş nəfər güllə yarası alıb.

TASS-a istinadən xəbər verilir ki, yaralıların vəziyyəti barədə dəqiq məlumat yoxdur.

Artıq əraziyə polis qüvvələri cəlb olunub, əməliyyat həyata keçirilir.

Hadisə yerində xilasedicilər və təcili yardım maşınları da müşahidə olunur.

Əhaliyə məktəb ərazisindən uzaq durmaq və evlərində qalmaq tövsiyə edilir.

Mənbə: oxu.az

Seçilən
8
oxu.az

1Mənbələr