AZ

Enerji içkiləri əsəbi edir

Enerji içkiləri

Psixiatr, Mütəxəssis Dr. Dərya Özkan enerji içkilərinin həddindən artıq istehlakının sinir sistemi və psixi sağlamlığa mənfi təsir etdiyini bildirib. O, yüksək dozalarda kofeinin əsəbilik, narahatlıq, yuxusuzluq, titrəmə, ürək döyüntüsü və taxikardiya kimi problemlərə səbəb ola biləcəyini qeyd edib.

Emlakbazari.az

E-saglam.az bildirir ki, mütəxəssisin sözlərinə görə, enerji içkilərinin tərkibində kofein, taurin, B vitaminləri, inositol, quarana və karnitin kimi maddələr var:

"Xüsusilə quarana yüksək miqdarda kofein ehtiva etdiyi üçün bu içkilərdə geniş istifadə olunur. Türkiyədə enerji içkilərinin tərkibində litr başına 150 milliqrama qədər kofein qəbul edilib, lakin bir neçə içki içildikdə bu limit asanlıqla aşılır.

Araşdırmalar xroniki kofein istehlakının stress, narahatlıq və depressiya ilə əlaqəli olduğunu göstərir. Həddindən artıq enerji içkisi epilepsiya xəstələrində qıcolmaları artırır və beyin damar xəstəliklərinə səbəb ola bilər.

Bundan əlavə, yüksək kofein qəbulunun bipolyar pozğunluğu olan xəstələrdə simptomların təkrarlanmasına və intihar riskinin artmasına səbəb ola biləcəyi qeyd edilir.

Şizofreniya xəstələrində enerji içkiləri psixotik əlamətləri şiddətləndirə bilər. Bu səbəbdən, xüsusilə psixiatrik xəstəlikləri olan şəxslərin enerji içkilərindən uzaq durması tövsiyə edilir".

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
11
3
e-saglam.az

4Mənbələr