Bakı. Trend:
Real vəziyyət ondan ibarətdir ki, Ermənistanın siyasi rəhbərliyivə erməni toplumunun əhəmiyyətli hissəsi Azərbaycan dilində ifaolunan mahnını belə “milli təhlükəsizliklərinə təhdid” kimidəyərləndirir. Ermənistana səfər edən və İrəvanda öz ana dillərindəmahnı oxuyaraq şənlənən insanlara az qala təpədən-dırnağasilahlanmış döyüşçü kimi yanaşırlar və bu vəziyyət Ermənistanhakimiyyətinin “milli təhlükəsizlik” anlayışının nə qədər bəsitolması ilə yanaşı, monoetnik erməni cəmiyyətində mövcud olanantihumanist, ultramillətçi meyllərin nə qədər güclü olduğunu,Azərbaycan və turkofobiyanın sağalmaz bir xəstəliyə çevrildiyinisübuta yetirir.
Bunu Trend-əaçıqlamasında Milli Məclisin deputatı ElçinMirzəbəyli deyib.
“Ermənilərdə məşhur bir deyim var: “Yalan həqiqətinqəlpələridir”. Düşünürəm ki, bu deyim ultramillətçi, xəstə ermənitəfəkkürünün əsl mahiyyətini əks etdirir. Bu təfəkkür uzun illərdirki, qəlpə-qəlpə yalanları bir araya gətirərək öz həqiqətini yaradabilmir. Çünki həqiqət heç vaxt qəlpələnmir və hətta qəlpələnsə dəbelə, həqiqətin bir parçasına çevrilir. Əsl erməni həqiqəti isəermənilərin digər atalar sözündə ifadə olunur: “Harda çörək varsa,ora vətəndir”, - deyə deputat bildirib.
Millət vəkili vurğulayıb ki, erməniləri türklərə,azərbaycanlılara və bütövlükdə erməni olmayanlara qarşı nifrətüzərində kökləyən əfsanə və nağıllar Adolf Hitleri ekstaza gətirənmistik hekayədən fərqli deyil:
“Nifrət, yalan, xəstə, şizofrenik təfəkkürdən doğan mistikfərziyyələr üzərində qurulan ideyalar nüvə silahından da dəhşətlisilahdır. Faşizmin, o cümlədən erməni faşizminin tarixi də bunusübuta yetirir. Məhz bu xüsusda diqqəti Adolf Hitlərlə bağlı birməqama çəkmək istəyirəm. Bilirsiniz, Adolf Hitleri bütün dünyanıələ keçirmək xülyasına düşürən təəssürat bəşər tarixinin ən böyükqatilində harada formalaşıb? Muzeydə... Bəli, dünya mədəniyyətinin,bəşəri düşüncənin düşməni olan Hitler sonradan məhv etdirdiyimuzeylərdən birində yüzbaşı Longinin İsa Məsihi çarmıxdan endirənzaman istifadə etdiyi nizəni gördükdən və yeniyetməlik illərindəsözügedən nizənin dünya üzərində hökm sürmək imkanı verdiyi barədəəfsanəni xatırladıqdan sonra dünyaya sahiblənmək niyyətinə düşüb.Bir yalan, bir əfsanə onmilyonlarla insanın ölümünə, şəhər vəkəndlərin dağıdılmasına, tarixi və mədəniyyət abidələrinin yerləbir edilməsinə səbəb olub”.
Elçin Mirzəbəylinin sözlərinə görə, Azərbaycan dilində mahnınınifasına görə İran vətəndaşının məsuliyyətə cəlb edilməsiErmənistanın hüquqi dövlət olmadığını ortaya çıxarır.
“Bu hadisə Ermənistanın ultramillətçi bir təşkilat - Qnçak və yaDaşnaksütyunun qatı antitürk, anti-Azərbaycan ideoloji platformasıüzərindən idarə olunduğunu təsdiqləyir və təbii ki, bir sırasualların ortaya çıxmasına zəmin yaradır. Azərbaycan dilində mahnıifadə etdiyinə görə, günahsız şəxsləri təqib və məsuliyyətə cəlbedən Ermənistan Zəngəzur dəhlizindən keçən azərbaycanlıların vəAzərbaycana məxsus yüklərin təhlükəsizliyini necə təmin edəbilər?
İndiki durumda Ermənistan cəmiyyəti nə dərəcədə davamlı sülhəhazırdır və Azərbaycanlı identikliyinə düşmən kəsilmiş bu ölkəyənecə etibar etmək olar? Erməni cəmiyyəti bu qatı ultramillətçidüşüncədən xilas olmadıqca Cənubi Qafqazda etimadlı münasibətlərdənsöz açmaq da mümkün olmayacaq”, - deyə deputat qeyd edib.
Milli Məclisin deputatı Hikmət Babaoğlu isəTrend-əaçıqlamasında bildirib ki, istənilən demokratik ölkədə turist qrupuvə yaxud səyahət edən şəxslər hər hansı dildə istədikləri mahnınısəsləndirə bilirlər, bu, normal qarşılanır:
“Bu, demokratik ölkələrdə mədəniyyət, musiqi mübadiləsi kimiqiymətləndirilir. Avropanın əksər şəhərlərində müxtəlif dillərdəsəslənən mahnılar ətrafdakılar tərəfindən alqışla qarşılanır. LakinAzərbaycan dilində səsləndirilən mahnı az qalsın Ermənistancəmiyyətində faciə kimi qarşılandı. Ermənistanın bütünhüquq-mühafizə orqanları, siyasi təşkilatları, müxalif qrupları buməsələyə toxunaraq bir fobiya içərisində olduqlarını göstərdilər.Bu, Ermənistan cəmiyyətində mövcud olan azərbaycanlılara qarşıetnik nifrətlə bağlıdır. Belə fobiya ilə yaşayan cəmiyyət nə dövlətola bilər, nə qonşuları ilə normal münasibət qura bilər, nə dədemokratiya yarada bilər”.
Millət vəkili vurğulayıb ki, İrəvanda baş verən hadisə NikolPaşinyanın hər yerdə Ermənistanı demokratik ölkə kimi təqdimetməsinin testi kimi qiymətləndirilməlidir:
“Bəlli oldu ki, Ermənistanda nəinki demokratiya, heç fərqlidilə, sözə, musiqiyə belə dözümlülük yoxdur, qeyri-tolerant bircəmiyyətdir. Bütün bunlar ola-ola çox paradoksaldır ki,Ermənistanın baş naziri ABŞ-yə gedir və orada etnik, dinazadlıqları məsələləri ilə bağlı təşkil olunan tədbirdə iştirakedir. Bu, ironik bir hadisədir.
Bu hadisəyə etiraz edən 70 yaşlı bir şəxsdir - Qarib Babayan. Odövlətə şikayət edir ki, necə olur ki, İrəvanın mərkəzində beləmahnı səsləndirilir?! O, mahnını oxuyan şəxslərin dövlət tərəfindəncəzalandırılmasını istəyir. 70 yaşlı pedaqoji fəaliyyətlə məşğulolan, tədqiqat işlərinə sahib olan, alim kimi təqdim olunan şəxsinAzərbaycan dilinə münasibəti budursa, demək ki, 30 iltorpaqlarımızı işğalda saxlayan, ərazilərimizi talan edənermənilərin hər biri bu düşüncə sahibidir. Onlar birgə yaşayışqaydalarını bilmirlər. Ermənistan Cinayət Məcəlləsinin 329-cumaddəsinə uyğun olaraq etnik nifrət yayan videonu yaydığına görəonun haqqında həbs tələb edilirdi. Amma ictimaiyyət və “QHT”lərinmüraciətindən sonra məhkəmə inzibati cəza ilə kifayətləndi. Bu daErmənistanın hüquq sistemində çatışmazlıqların olması iləəlaqədardır”.
Hikmət Babaoğlu qeyd edib ki, Ermənistan Zəngəzur dəhliziməsələsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməzsə,azərbaycanlıların maneəsiz keçidi təmin olunmazsa, Paşinyanındediyi kimi, Ermənistanın yurisdiksiyasında verilən yol bir çoxproblemlərə səbəb ola bilər.