AZ

Bu ölkədə repə qadağa qoyuldu

Liviyanın şərqindəki daxili işlər nazirliyi rep musiqisinə yeni məhdudiyyətlər qoyub, ifaçılardan mahnı ifa etməzdən və ya dərc etməzdən əvvəl rəsmi icazə almağı tələb edir.

 

Oxu24.com xəbər verir  ki, Nazirliyin bəyanatında deyilir ki, “ədəbsiz ifadələr ehtiva edən rep mahnılarının yayılması” Liviya cəmiyyətinin əxlaq normalarına ziddir. Hakimiyyət həmçinin bu janrı “yetkinlik yaşına çatmayanları istismar etmək” və cinayəti təbliğ etməkdə, o cümlədən uşaqları fahişəliyə, intihara, ailə və cəmiyyətə qarşı üsyana sövq etməkdə ittiham edib.

Yeni məhdudiyyət Liviyanın şərqində hökumətin tətbiq etdiyi bir sıra qadağaları davam etdirir. Bundan əvvəl hakimiyyət Yeni il şənliklərinin şəriət qanunlarına zidd olduğunu bildirərək, onları ləğv etmişdi.

 

Nigar

 

Seçilən
7
oxu24.com

1Mənbələr