AZ

Azərbaycan IMF ilə iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılmasını müzakirə edib

Bakı. Trend:

Azərbaycan Beynəlxalq Valyuta Fondu (IMF) ilə iqtisadişaxələndirmədə özəl sektorun rolunun artırılmasını və dayanıqlımaliyyə imkanlarının təmin edilməsini müzakirə edib.

Trend xəbər verir ki, bununlabağlı müzakirələr iqtisadiyyat naziri Mikayıl Cabbarovun IMF-inAzərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyinümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.

Tərəflər həmçinin vergi islahatları, dövlət-özəltərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətiningücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrinfəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.

Görüş zamanı Fondun Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrənəticələrin təqdimatı olub.

Beynəlxalq təşkilatın nümayəndə heyətinə Azərbaycanda iqtisadiartım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorundaçağırışlar haqqında məlumat verilib.

Seçilən
11
18
az.trend.az

10Mənbələr