İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Yenisabah.az-a verilən məlumata görə, görüş zamanı beynəlxalq təşkilatın nümayəndə heyətinə ölkəmizdə iqtisadi artım, inflyasiya, idxal və ixrac göstəriciləri, maliyyə sektorunda çağırışlar haqqında məlumat verilib.
BVF-nin Azərbaycan üzrə missiyasının fəaliyyəti üzrə nəticələrin təqdimatı olub. Tərəflər iqtisadi şaxələndirmədə özəl sektorun rolunun artırılması və dayanıqlı maliyyə imkanlarının təmin edilməsi, vergi islahatları, dövlət-özəl tərəfdaşlığının, şəffaflığın və iqlim fəaliyyətinin gücləndirilməsi, həmçinin dövlətə məxsus müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi barədə müzakirələr aparıblar.
Telegram kanalımız