AZ

Qazaxıstan Aktauda AZAL təyyarəsinin qəzası ilə bağlı hesabat YAYDI

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-a məxsus təyyarənin Aktau hava limanında qəzaya uğraması ilə bağlı ilkin hesabat dərc edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Nazirlik bəyanat yayıb.

Qeyd olunur ki, bu hesabat çərçivəsində aparılan istintaq heç kimin günah payının və ya məsuliyyətinin müəyyənləşdirilməsini nəzərdə tutmur.

Xatırladaq ki, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Bakı-Qroznı reysini həyata keçirən Embraer sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb.

Təyyarədə 5 ekipaj üzvü olmaqla 67 nəfər olub. Qəza nəticəsində Azərbaycan, Rusiya və Qazaxıstan vətəndaşları daxil olmaqla 38 nəfər həyatını itirib.

Bizim.Media

Seçilən
4
50
bizim.media

10Mənbələr