AZ

"Roma" keçmiş futbolçusunu baş məşqçi vəzifəsinə gətirmək istəyir

"Roma" növbəti mövsümdə Karlo Ançelottini baş məşqçi vəzifəsinə gətirmək istəyir.

İdman.biz xəbər verir ki, bu barədə İspaniyanın AS nəşri məlumat yayıb.

Yayda "Real"dan ayrılacaq təcrübəli mütəxəssis Roma klubunun maraq dairəsinə düşüb. Paytaxt təmsilçisi Ançelottinin təyinatı ilə yenidən liderlə arasında yer almaq arzusundadır. Bu mövsümün gedişində "Roma"ya başçılıq edən Klaudio Ranyeri yayda komandanı tərk edəcək.

Qeyd edək ki, Karlo 1979-87-ci illərdə futbolçu kimi "Roma"nın şərəfini qoruyub.

İdman.biz

Seçilən
5
1
idman.biz

2Mənbələr