AZ

Ərdoğan Əhməd Şara ilə görüşdü

Suriya Keçid Hökumətinin sədri Əhməd Şara Türkiyəyə səfər edib. Metbuat.az xəbər verir ki, Suriya Prezidentinin səlahiyyətlərini icra edən Əhməd Şara Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilib. Ərdoğan Əhməd Şaranı rəsmi mərasimlə qarşılayıb. Ankarada keçirilən görüşdə Suriyadakı vəziyyət müzakirə edilib. Türkiyə mənbələrinin məlumatına görə, ikitərəfli görüş və heyətlərarası iş yeməyindən sonra Ərdoğan və Şara birgə mətbuat konfransı keçirəcək.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejimini devirən “Həyat Təhrir əl-Şam”ın qruplaşmasının lideri Əhməd Şara Suriyada Prezident vəzifəsini icra edir.

Seçilən
15
metbuat.az

1Mənbələr