AZ

"Komandamın oyununa güc və intensivlik qata bilərəm" - MY-nin 20 yaşlı yeni transferi

"Mançester Yunayted"in yeni transferi - 20 yaşlı sol cinah müdafiəçisi Patrik Dorqu fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini "qırmızı şeytanlar"ın rəsmi saytı belə çatdırıb:

"Komandamın oyununa güc və intensivlik qata bilərəm. Qaçmaq və enerji xərcləmək vacibdir. Psixoloji dayanıqlılıq? Mənim üçün bu, olduqca önəmlidir. Çünki söz-söhbətlər çox olur. Əlbəttə, futboldan kənarda da güclü olmaq lazımdır. İtaliyada olanda tək yaşayırdım. Hə, ailəm mənə tez-tez baş çəkirdi. Ancaq bilirəm ki, futbola köklənmək üçün psixoloji cəhətdən güclü olmalıyam".

Dorqu 2022-ci ildən "Leççe"də oynayıb. Cari mövsüm büyün turnirlərdə 23 matça çıxan danimarkalı 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 20 milyon avro ilə dəyərləndirir.

Nihat

Seçilən
12
fanat.az

1Mənbələr