Media meneceri Olqa Filipuk "Yandex"in əyləncə xidmətləri istiqamətinə cavabdeh olan "Fantex"in rəhbəri vəzifəsinə təyin edilib. Daha əvvəl Filipuk "Fantex"də kontent direktoru kimi fəaliyyət göstərib.
Valyuta.Az xəbər verir ki, bu barədə "Yandex"in mətbuat xidməti məlumat verib.
Məlumata görə, Olqa Filipuk "Yandex"in abunəçilik biznesinə cavabdeh olacaq və şirkətin əyləncə xidmətləri – "Kinopoisk", "Yandex musiqi", "Yandex kitablar" və "Yandex afişa" platformalarını idarə edəcək. Həmçinin, onun məsuliyyət dairəsinə "Yandex"in prodüser mərkəzi olan "Plyus studiya" da daxil olacaq.
Yeni vəzifəsində Filipuk "Yandex"in kreativ sahələrdə texnoloji iştirakını genişləndirməyə və şirkətin ekosistem paylanma modeli əsasında françayzinq inkişafına yönələcək. Bundan əlavə, o, "Plyus"un kontent bazasının genişləndirilməsini davam etdirəcək.
Rəhim