Qazaxıstan qəzaya uğrayan təyyarə ilə bağlı ilkin hesabat dərc etdi
Qazaxıstan Nəqliyyat Nazirliyi Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasının səbəblərinin araşdırılması ilə bağlı ilkin hesabat dərc edib.
Yeniavaz.com xəbər verir ki, sənəddə təyyarə qəzasından sonra əldə edilmiş uçuş registratorlarından (“qara qutular”) daxil olmaqla məlumatların təhlili əsasında ekspertlərin ilkin qənaətləri təqdim olunub.