AZ

Çin Ayın cənub qütbündə su axtarır

Belə robot uçuşları həyata keçirmək üçün yanacaq çənləri və mühərriklərlə təchiz olunacaq.

QHT.az xəbər verir ki, Çin gələn il Chang’e-7 missiyası çərçivəsində Ayın cənub qütbündə su buzunu araşdırmaq üçün ağıllı uçan robot detektordan istifadə edəcək. South China Morning Post-un (SCMP) məlumatına görə, bu robot daimi kölgədə qalan kraterlərdə suyun mövcudluğunu yoxlayacaq. Missiya orbitator, eniş aparatı, rover və uçan detektor vasitəsilə Ayın cənub qütbünü tədqiq edəcək. Xüsusi raket mühərrikli uçan detektor dik yamaclarda təhlükəsiz eniş edə və ənənəvi roverlərin çata bilmədiyi çətin əraziləri araşdıra biləcək.

Bu araşdırma Çinin 2030-cu ilə qədər Aya insan göndərmək planının bir hissəsidir. Növbəti mərhələdə isə 2028-ci ildə Chang’e-8 missiyası nəzərdə tutulur.

 

R.İmanov

Seçilən
10
qht.az

1Mənbələr