AZ

Çin Google ilə bağlı araşdırma başladıb

Çin

Çin ABŞ-ın Google şirkəti ilə bağlı araşdırma başlatdığını açıqlayıb. Şirkət, Çin Xalq Respublikasının antimonopoliya qanununu pozmaqda şübhəli bilinib."Çin Xalq Respublikasının Dövlət Bazar Nəzarəti və Tənzimləmə İdarəsinin açıqlamasına görə, Google şirkətinə qarşı antimonopoliya qanununun pozulması ilə bağlı araşdırma başlanıb"- açıqlamada bildirilir.“Ulusum”.az xatırladır ki, 1 fevralda ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Çindən gələn mallara vergilər tətbiq etdi. Bu, Şimali Amerika materikindən olan ölkələrdən idxal edilən bütün mallara 25% vergi və Asiya dövlətindən gələn məhsullara isə 10% vergi tətbiq edilməsi ilə bağlıdır.Buna cavab olaraq, Çin ABŞ-dan olan kömür, maye qaz (LNG), neft və kənd təsərrüfatı texnikası məhsullarına vergi tətbiq etdi. Yeni tədbirlər 10 fevral tarixində qüvvəyə minəcək. LNG və kömürə tətbiq olunan vergi 15%, xam neft, böyük mühərrik həcmi olan avtomobillər və kənd təsərrüfatı texnikasına isə 10% olacaq. Ayrıca, Financial Times qəzetinin məlumatına görə, Çinli sahibkarlar ABŞ-ın tətbiq etdiyi vergilərdən yan keçmək üçün istehsalı digər ölkələrə köçürməyi planlaşdırırlar.4 fevral tarixində Ağ Ev mətbuat katibi Karolin Levit bildirib ki, Tramp yaxın 24 saat ərzində Çin prezidenti Si Cinpinq ilə danışmağı ümid edir, lakin görüşün gündəmi haqqında məlumat verməyib.Səidə

Diqqət Çəkənlər

Aİ liderləri ABŞ-ın rüsum qərarına cavab verəcəklərini bildiriblər

UFC döyüşçüsü Makqreqor "İrəli, Həbib" deyən azarkeşin üzünə tüpürüb

Türkiyədə maliyyə piramidası quran qardaşlara 45 min il həbs cəzası verilib

Seçilən
18
ulusum.az

1Mənbələr