AZ

Balotelli keçmiş klubuna qayıdır

"Cenoa"nın hücumçusu Mario Balotelli İtaliyada klubunu dəyişə bilər. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Nikolo Skira "X" sosial şəbəkə hesabı üzərindən yayıb.

Xəbərə görə, italiyalı forvard "Montsa"ya qayıtmağa hazırlaşır. 

Tərəflər artıq prinsipial razılığa gəliblər. 34 yaşlı futbolçu ilə müqavilə altı ay - 2025-ci ilin iyun ayına qədər olacaq. Balotellinin Genuya təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti də cari mövsümün sonuna qədərdir. 

Qalmaqallı oyunçu 2020-ci ilin dekabrından 2021-ci ilin iyuluna qədər "Montsa"nın formasını geyinib. O, “Cenoa”ya ötən il oktyabrın sonunda keçib.

Bu müddət ərzində italiyalı hücumçu cəmi 6 matçda ( 56 dəqiqə) meydanda olub. 

22 turdan sonra aktivində 26 xalı olan "Cenoa" hazırda A Seriyasında 12-ci yerdədir.

Mirağa

Seçilən
36
fanat.az

1Mənbələr