AZ

Çində uşaq kanalizasiyaya fişəng atdı, dayanacağı partlatdı - VİDEO

Çində  uşaq kanalizasiyaya fişəng atıb, nəticədə metan partlaması dayanacaqda 8 avtomobilə ziyan vurub.

Qaziler.az bildirir ki, "Global Times" qəzetinin fevralın 2-də verdiyi məlumata görə, avtomobillərə dəyən ziyan 285 min yuan (təxminən 40 min dollar) təşkil edir.

Nəşr yazır ki, polis əməkdaşları bir saat ərzində oğlanın izinə düşüb, daha sonra hadisə ilə bağlı araşdırmaya başlayıblar. Ölən və yaralananlar barədə məlumat yoxdur.

Üç şirkət tərəfindən sığortalanan ümumilikdə səkkiz avtomobilə ziyan dəydiyi bildirilir.

QAZİLER.AZ

Seçilən
11
qaziler.az

1Mənbələr