AZ

ABŞ-nin yeni hökuməti USAID-in fəaliyyətini ifşa edir: Dağıdıcı “inqilablar”, narkotik istehsalı və dolayısı ilə terrorçuluğa dəstək – ŞƏRH

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın və İlon Maskın sosial şəbəkələrüzərindən ictimailəşən fikirləri, həmçinin onların müsahibə vəçıxışlarında USAID-lə bağlı yer alan ittihamlar Azərbaycanınsözügedən təşkilata münasibətdə tamamilə doğru və obyektiv yanaşmanümayiş etdirdiyini bir daha təsdiqləyir.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatıAzər Kərimli deyib.

Millət vəkili vurğulayıb ki, USAID xüsusilə də Co Baydentərəfindən qatı ermənipərəst Samanta Pauerin bu qurumunrəhbərliyinə gətirilməsindən sonra qlobal sülh üçün ciddi təhlükəyəçevrilmişdi:

“Samanta Pauerin Fransanın siyasi dairələri ilə birlikdə CənubiQafqazda sülh və təhlükəsizliyin təmin olunmasına maneə yaratması,bölgəni yenidən müharibəyə sürükləmək istəyən Emmanuel Makron vəətrafı ilə sıx işbirliyində olması, müharibə və münaqişələrinmaliyyələşdirilməsi, aqressiv separatizm və terrorizminstimullaşdırılması üçün nəzərdə tutulan “Avropa Sülh Fondu” iləsinxron hərəkət etməsi USAID-in çirkli geosiyasi oyunlarınalətlərindən birinə çevrildiyini təsdiqləyir.

Azər Kərimli qeyd edib ki, Samanta Pauer ermənipərəstliyin ənunikal “nüsxə”lərindən biri sayıla bilər.

“Bayden 2021-ci il aprelin 24-də qondarma soyqırımını tanıdığınıbəyan etdikdən, daha dəqiq desəm, erməni yalanlarına əsaslanaraq“soyqırımı” ifadəsini dilə gətirdikdən sonra Samanta Pauer o qədər“xoşbəxt” və “mütəəssir” olub ki, sentyabrın 21-də doğulduğunabaxmayaraq, 24 apreli özünün yeni doğum günü elan edib. Və elə yeni“doğum günü”nü elan etdikdən bir neçə gün sonra - aprelin 29-daUSAID-in rəhbəri postuna təyinat alıb.

Samanta Paueri USAID rəhbəri postuna aparan “keşməkeşli” yoldanəzərə çarpan ən maraqlı məqamlardan biri də onun Obamaadminstrasiyasını tərk etdikdən sonra Ruben Vardanyan, Nubar Afeyanvə Vartan Qreqoryanın birgə təsis etdikləri, qondarma soyqırımınıtəbliğ edənlərin “mükafatlandırılması” üçün nəzərdə tutulan“Avrora” mükafatının münsiflər heyətində təmsil olunmasıdır.

Samanta Pauer qondarma soyqırımını təşviq edənlərə, reallıqdaisə yalan və böhtanla “silahlanaraq” saxta iddialar üzərindənnifrət və qisas hissi körükləyənlərə “minnətdarlıq” etmək üçünnəzərdə tutulan “Avrora mükafatı”nı “sülh mükafatı”, bu “mükafat”ıtəsis edənləri, o cümlədən separatizm, terroru maliyələşdirən RubenVardanyanı “qəhrəman” adlandırırdı”, - deyə deputat sözlərinə əlavəedib.

Milli Məclisin deputatı Zaur Şükürov isəTrend-əaçıqlamasında Ağ Evin yeni administasiyasının USAID-lə bağlıgördüyü tədbirlərdən söz açıb:

“ABŞ-nin yeni hökuməti bu ölkənin Beynəlxalq İnkişaf Agentliyi -USAID-in fəaliyyətinə xitam verilməsi ilə bağlı qərar qəbul edib.Hökumətin fəaliyyətinin səmərəliliyi Departamentinin rəhbəri,milyarder İlon Mask USAID-in fəaliyyətini sərt tənqid edərəktəşkilatın ləğv edilməsi prosesinə start verildiyini bildirib.Agentliyə müvəqqəti rəhbərlik ABŞ dövlət katibi Marko Rubioyahəvalə edilib.

Ağ Evin mətbuat katibi Karolina Livit mətbuata açıqlamasındaonilliklər boyu USAID-in lüzumsuz istiqamətlərə xərclədiyivəsaitlərin siyahısını təqdim edərək hətta Əfqanıstanda narkotikbitkilərin becərilməsinə maddi dəstək göstərilməsinin, Suriyadaterrorçu təşkilatlarla əlaqələri olmuş şübhəli QHT-lərinmaliyyələşdirilməsinə yönəlmiş fəaliyyətlərin aşkar edildiyinibildirib”.

Beləliklə, uzun müddət beynəlxalq yardım pərdəsi altındagizlənmiş, qlobal miqyasda dağıdıcı “inqilabları”, radikalünsürləri, narkotik istehsalını və terrorçuluğu dolayısı ilədəstəkləmiş bir təşkilatın fəaliyyəti məhz təmsil etdiyi ölkəninadministrasiyası tərəfindən dayandırıldı”.

Zaur Şükürov xatırladıb ki, USAID-in və təşkilatın rəhbəriSamanta Pauerin ölkəmizə qarşı davamlı olaraq təxribatçı və ikilistandartlara əsaslanan riyakar fəaliyyəti hər kəsə məlumdur:

"ABŞ-nin Bayden Administrasiyası dönəmində keçən il bu təşkilatvasitəsi ilə Ermənistana yardımların artırılaraq 250 milyon dollaraçatdırılması və məhz bu maliyyələşmənin nəticəsində Ermənistanınbüdcəsində yaranacaq sərbəst maliyyə vəsaitinin hərbi məqsədlərəyönəldiləcəyi ilə bağlı narahatlığımız ifadə olunub. Bununlayanaşı, Samanta Pauerin Azərbaycan Respublikasının CinayətMəcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərinipozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələriilə təqsirləndirilən Ruben Vardanyanın təsisçisi olduğu, “humanitarfəaliyyət” çətiri ilə pərdələnmiş, əslində terrorçuluğu vəseparatizmi dəstəkləyən “Avrora” fondu ilə əlaqələrinin olduğumüəyyən edilib”.

“Qeyd olunanlar onu deməyə əsas verir ki, haqq və ədalətintərəfdarı olan, beynəlxalq hüququn hamılıqla qəbul olunmuşprinsiplərini rəhbər tutan ölkəmizə qarşı qərəzli və təxribatçıaddımlar atan USAID və bu kimi digər təsisatların, o cümlədən butəşkilatlara dəstək verən qüvvələrin bütün riyakar əməlləri ifşaolunacaq”, - deyə deputat qeyd edib.

Seçilən
1
1
az.trend.az

2Mənbələr