AZ

“Real”ın planı baş tutmadı

“Bavariya” Alfonso Deyvis ilə yeni dörd il yarımlıq müqavilə imzalayıb.

Futbolpress.az xəbər verir ki, kanadalı müdafiəçini 2030-cu ilin yayına qədər Münhen təmsilçisində saxlayacaq müqavilənin bu həftə yekunlaşacağı gözlənilir.

24 yaşlı Deyvis, 2025-ci ilin iyununda başa çatacaq əvvəlki müqaviləsi səbəbindən Avropanın aparıcı klubları, o cümlədən Madrid “Real”ı və bir çox Premyer Liqa komandaları tərəfindən yüksək tələbat qazanmışdı.

Bununla belə, “Bavariya” istedadlı sol cinah müdafiəçisini heyətində saxlamaq üçün çox səy göstərdi və bunun qarşılığını aldı.

Deyvis 5 Bundesliqa titulunu qazanıb və 2020-ci ildə komandasının Çempionlar Liqası qalibi olmasında mühüm rol oynayıb.

O, bu mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürməyə imza atıb.

Seçilən
7
futbolpress.az

1Mənbələr