Ermənistanın sürətlə silahlanması regionda sülh və sabitliyə ən böyük təhdiddir.
Xezerxeber.az-ın məlumatına görə, politoloq Zaur İbrahimli deyir ki, elə Türkiyə Böyük Millət Məclisinin Xalqların Demokratiya Partiyasından olan sabiq erməniəsilli deputatı Qaro Paylanın ermənidilli yutub kanallarından birindəki çıxışı da bunu deməyə tam əsas verir.
Qaro Paylan "Ermənistanın Azərbaycana yenidən hücum etməsi üçün 3-5 il vaxt lazımdır. Ermənistan vaxt qazanmaq üçün Azərbaycana sülh əlini uzatmalıdır" kimi ifadələri Ermənistan cəmiyyətində revanşizmin olduğunu açıq şəkildə sübut edir.
Politoloq bildirir ki, Ermənistanın Fransa ilə hərbi məhsullar üçün bağladığı müqavilələrin həcmi açıqlanan rəqəmlərə görə, 400 milyon dollar təşkil edir.
Zaur İbrahimli bildirib ki, Ermənistanın 2025-ci ildə hərbi xərcləri ümumdaxili məhsulun 5 faizini təşkil edir. Təhlillər isə bu ölkənin hərbi xərclərinin daha çox oduğunu göstərir.
Politoloq vurğulayıb ki, bütün bunlar Ermənistanın faktiki olaraq “sülh gündəliyi” adı altında əslində müharibə gündəliyini həyata keçirdiyini göstərir. Ermənistan yaxın keçmişdən dərs çıxarmalı və bilməlidir ki, sürətlə silahlanma siyasəti cavabsız qalmayacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.