AZ

Qəzaya uğrayan təyyarənin yeni FOTOLARI

Qazaxıstan Nəqliyyat Nazirliyi Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ilkin hesabatını dərc edib.

 

Modern.az xəbər verir ki, hesabat 53 səhifədən ibarətdir.

 

Sənəddə təyyarənin hidravlik sistem bölməsindən, stabilizator idarəetmə mexanizmindən və digər hissələrindən çıxarılan kənar metal obyektlərin, habelə təyyarənin zədələnmiş hissələrinin fotoları və bort qeydedicisinin yazıları da yer alıb.

 

Xatırladaq ki, Azərbaycana məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi Rusiya Federasiyasının hava məkanında kənar fiziki və texniki müdaxiləyə məruz qalaraq idarəetməni itirmiş vəziyyətdə Qazaxıstan Aktau şəhəri istiqamətinə yönləndirilib. İnsan tələfatı və xəsarət alanlar olmasına baxmayaraq, pilotların, bələdçilərin yüksək peşəkarlığı, şücaəti və cəsurluğu sayəsində təyyarə qəza enişi həyata keçirib. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

 

İlkin araşdırmalar nəticəsində məlum olub ki, Azərbaycan təyyarəsi Çeçenistanın hava məkanında olan zaman Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən vurulub, hava gəmisi idarəetməni itirib. Təyyarənin füzelyajında zenit raket kompleksindən atılan raketin qəlpələrinin izləri qeydə alınıb.

 

Qəzaya uğrayan təyyarənin indiyədək yayımlanmayan fotolarını təqdim edirik: 

 

ə

Seçilən
3
modern.az

1Mənbələr