AZ

“Bu fikri alqışlamaq lazımdı” – “Karvan” dəstəklədi

AFFA İcraiyyə Komitəsinin son iclasında premyer-liqada komanda sayının artırılması ilə bağlı qərar verilib.

2025/26 mövsümündən elitada komanda sayı 10-dan 12-yə çatdırılacaq. Belə çıxır ki, 1-ci liqanda ilk “3-lük”də qərarlaşan komandalar premyer-liqaya yüksələ biləcək. Hazırda 1-ci liqada “Karvan” 26 xalla 2-ci, “İmişli” 21 xalla 3-cü pillədə qərarlaşıb.

Məntiqlə aşağı dəstə klubları bu qərara görə toy-bayram etməlidi. Edirlərmi, sevinirlərmi? “Football-plus.az” “Karvan”ın baş məşçqisi Kənan Kərimovun fikirlərini öyrənib:

“Əlbəttə, müsbət haldı. Bizim və başqa klublar üçün də sevindirici oldu. 2-3-cü yeri tutanların premyer-liqada çıxış etmək şansı artdı. Çox müsbət haldı. Bu fikri alqışlamaq lazımdı”.


ƏSƏD SEYİDOV
Seçilən
6
football-plus.az

1Mənbələr