AZ

Elçin Məmmədov “Fənərbağça” - “Anderlext” matçına təyinat aldı

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.

Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Elçin Məmmədov Avropa Liqasının pley-off mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Anderlext” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma fevralın 13-də İstanbulda təşkil olunacaq. “Şükrü Saracoğlu” stadionunda baş tutacaq oyuna Bakı vaxtı ilə saat 21:45-də start veriləcək.

Seçilən
11
49
arena.az

10Mənbələr