Braziliyalı futbolçu Villian yenidən karyerasını İngiltərədə davam etdirəcək.
İdman.biz xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi "Fulhem"lə danışıqları yekunlaşdırıb.
Villian London klubu ilə mövsümün sonuna kimi müqavilə imzalayacaq. O, 2022-2024-cü illərdə "Fulhem"də forma geyinib.
Qeyd edək ki, təcrübəli futbolçu az əvvəl "Olimpiakos"la müqaviləyə qarşılıqlı şəkildə xitam verib.
İdman.biz