Aktau yaxınlığında qəzaya uğrayan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsi yad metal əşyalardan çoxsaylı zədələr alıb.
Day.Az xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi aviaqəzanın təhqiqatına dair ilkin hesabatda deyilir.
"İstintaq komissiyası təyyarə konstruksiyalarına dəymiş ziyanın ətraflı ekspertizasını davam etdirir. Qalan fraqmentlərə ilkin baxış zamanı gövdənin quyruq hissəsində, kildə və stabilizatorda, idarə rulu və istiqamət rulunda müxtəlif ölçülü və formalı çoxlu sayda zədələr aşkar edilib. Oxşar zədə təyyarənin sol mühərrikində və sol qanadında, həmçinin təyyarənin hissələri və komponentlərində aşkar edilib. Bəzi yerlərdə zərər düzgün düzbucaqlı formaya malikdir", - hesabatda bildirilir.