AZ

Çindən Londona uçan təyyarənin Bakıda eniş etməsinin pərdəarxası...

Image

İlyas Hüseynov: “Buna qədər də bu cür hadisələr olurdu, mediada geniş işıqlandırılmır, tirajlanmırdı”

“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib. Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Aeroportun mətbuat xidmətindən verilən məlumata görə, “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.

Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

Bu reys niyə məhz Bakıya eniş edib? Niyə Tiflisə,Tehrana, ya Mərkəzi Asiya ölkələrindən birinə enmədi, Bakını istədi? Bunun pərdəarxası məqamları nə ola bilər?

Çindən Londona uçan təyyarənin Bakıda eniş etməsinin pərdəarxası məqamları varmı?

“Bu məcburi enişin edilməsi...”

Politoloq İlyas Hüseynov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Bakıdan Qroznıya uçan sərnişin təyyarəsinin Rusiya səmasında hava hücumundan müdafiə sistemi ilə vurulması və Aktau sahillərində sərt eniş etməsi, bütün dünyada hava nəqliyyatı, hərbi helekopter və təyyarələrin eniş etməsi, reyslərdən imtina edilməsi, hava məkanının bağlanılması ciddi xəbər başlıqlarına çevrilib. “Burda müxtəlif jurnalistlər, ekspertlər uyğunluq axtarmağa çalışır, paralellər yaradır, müqayisə aparırlar. O cümlədən, Honq Konq-London marşrutu üzrə uçuş həyata keçirən təyyarənin məcburi eniş etməsi buna bir misaldır. Lakin məsələnin əsas mahiyyəti ondan ibarətdir ki, təyyarədə bir nəfərin səhhəti pisləşib və ona yardım edilməsi üçün təyyarə Bakıda məcburi eniş edib. Hesab edirəm ki, burda heç bir konspirologiya  aparmaq, yaxud hansısa bir hadisə ilə bu məcburi enişi bağlamaq doğru sayılmır. Çünki burda heç bir pərdəarxası məqam da,  ittiham elementləri də yoxdur. Bu məcburi enişin edilməsi hansısa hadisə ilə uyğunlaşdırılmamalıdır. Buna qədər də bu cür hadisələr olurdu, mediada geniş işıqlandırılmır, tirajlanmırdı. Ona görə də bu cür xəbərlərin ekspertlər tərəfindən şərh eidlməsi də doğru sayılmır, burda heç bir siyasi, geosiyasi kontekst hiss olunmur” - deyə İ.Hüseynov bildirdi.

İradə SARIYEVA





Seçilən
13
baki-xeber.com

1Mənbələr