AZ

Türkiyədəki Ermənistan “marionetkası” ermənilərin revanşist niyyətini açdı...

Image

Türkiyə Böyük Millət Məclisinin üzvü, erməni əsilli deputat Qaro Paylanın sərsəm açıqlamaları bu şəxsə qarşı zəruri tədbirlər görülməsini şərtləndirirOnun fəaliyyəti Türkiyə üçün də təhdid yaradır

Qeyd edək ki, PKK terror təşkilatının siyasi qanadı sayılan HDP-nin üzvü olan Qaro Paylan saxta “erməni soyqırımı” məsələsi ilə bağlı Türkiyəyə qarşı aparılan beynəlxalq kampaniyanın ən fəal üzvlərindən biridir. Təsadüfi deyil ki, o, ermənilərin diaspor maraqlarını təmin etdiyi üçün və Türkiyəyə qarşı məqsədyönlü təxribatçı əməllərinə görə təcavüzkar Ermənistan tərəfindən qızıl medalla təltif olunub.

Qeyd edək ki, Qaro Paylan Türkiyədə saxta “erməni soyqırımı” və “erməni haqları”nın aktiv müdafiəçilərindəndir. O, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana barışmaz mövqeyi ilə tanınır. Paylanın hazırkı İrəvan hakimiyyəti və erməni kilsəsi ilə yaxın əlaqələri var. Paylanın Ermənistanda iştirak etdiyi bir proqramda Azərbaycan əleyhinə işlətdiyi ifadələr onun ümumən türk düşməni olduğunu göstərir. Paylan son açıqlamasında Ermənistanın bir tərəfdən Azərbaycanla normallaşma adı ilə vaxt qazandığını, digər tərəfdənsə Fransa və ABŞ-dan silah aldığını deyib: “İndi Azərbaycana hücum edəcək gücdə deyilik. Bunun üçün 3-5 ilə ehtiyacımız var. Fransa və ABŞ-nin köməkliyi ilə ordumuzu gücləndirəcəyik və bu, 3-5 il ərzində mümkün olacaq”. “Yeni Akit” qəzeti “Hələ bu adam Türkiyənin çörəyini də yeyir” sərlövhəli məqaləsində erməniəsilli deputatın Ermənistanın “3-5 il ərzində” Azərbaycana qarşı yeni təcavüzə hazırlaşması ilə bağlı sözlərinə diqqət çəkib. Nəşr Qaro Paylanın Ermənistanın baş naziri Nikol Paşinyanla fotoşəklini paylaşıb, həmçinin onun erməni mətbuatına müsahibəsindən parçalara istinadla deputatın digərləri ilə yanaşı, İrəvanı “ABŞ və Fransanın güclü dəstəyini almağa” çağırdığını da qeyd edib. Məşhur xəbər resursu “Haber7” də Türkiyə millət vəkilinin qalmaqallı müsahibəsini oxuculara çatdırıb. Portal həmçinin Qaro Paylanın mediada sözlərinin təhrif edilməsini əsas gətirərək, Azərbaycana qarşı hücumlarını ört-basdır etməyə tələsdiyi müsahibədən sonra sosial şəbəkədəki paylaşımına da istinad edib. Bu arada professor Aygün Əttarın şikayəti əsasında Qaro Paylanın istintaqa çağırılması üçün ölkənin Ədliyyə Nazirliyi müvafiq qaydada icazə verib. Aygün Əttar bildirib ki, Qaro Paylanın deputat toxunulmazlığının götürülməsi üçün Ankara prokurorluğu tərəfindən müvafiq qaydada Türkiyə parlamentinə müraciət olunub. Aygün Əttar deyib: “Mənim şikayətim Türkiyə qanunlarına əsaslanır. Paylanı Türkiyə Prezidentinə qarşı həqarətdə, Türkiyə dövlətinə qarşı çıxmaqda ittiham edirəm”. Bu, professor Aygün Əttar ilə HDP-li deputatların birinci hüquqi çəkişməsi deyil. HDP-nin keçmiş həmsədri, hazırda həbsdə olan Səlahəddin Dəmirdaş 2016-cı ilin Aprel döyüşlərindən sonra Türkiyə Böyük Millət Məclisində Azərbaycan əleyhinə həqiqətə uyğun olmayan bəyanat verdiyi üçün Aygün Əttar ondan da Ankara prokurorluğuna şikayət edib. Hazırda onun Səlahəddin Dəmirdaşa qarşı irəli sürdüyü Türkiyə dövlətinə xəyanət ittihamı ilə şikayətinə də baxılmaqdadır. Qaro Paylanın açıqlamalarına gəlincə, bu, Ermənistanın sülhə yönələn siyasətinin qətiyyən səmimi olmadığını götərir. Elə bu səbəbdən Azərbaycan Ermənistanın silahlandırlmasının yolverilməz olduğunu bəyan edir. 

Hazırda Ermənistanı silahlandıran əsas tərəf Fransadır. ABŞ-da hakimiyyət dəyişməsindən sonra Vaşinqtonun Ermənistanla bağlı siyasətidə dəyişikliklər gözlənilir. Bufonda Azərbaycan hesab edir ki, Fransa da Ermənistana verdiyi silahları geri almalıdır. Bununla bağlı prezident İlham Əliyev cari il yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində qeyd edib: “Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr o kontraktlara xitam verməlidir, ləğv etməlidir. Artıq Ermənistana göndərilmiş silahlar geri qayıtmalıdır. Bu, bizim şərtimizdir. İndi kim bunu necə istəyir elə də qəbul etsin. Mən sözümü deyirəm, onlar da bilirlər, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, artıq bu məsələyə çox ciddi yanaşırıq”. Xatırladaq ki, Ermənistan daxilində müəyyən qüvvələr və xaricdəki erməni diasporu revanşist mövqedən çıxış edir. Türkiyədə doğulan, orada yaşayan Qaro Paylan onların tımsilçisi kimi revanş haqqında açıq danışır. Aydındır ki, ABŞ, Fransa və Rusiyada olan erməni diasporu daha radikal mövqedədir. Ermənistanda isə “Qarabağ klanı” açıq şəkildə Azərbaycanı hədələyir. Hətta gecə-gündüz Azərbaycanı sülh müqaviləsi bağlamağa çağıran Nikol Paşinyanın tərəfdarları arasında da revanşistlər var. Amma İrəvanda Azərbaycanın riskə getməyəcəyini, boşluq buraxmayacağını nəzərə almalıdırlar. Azərbaycan yenə Ermənistanı hərb sahəsində lazımı dərsi verməyə hazırdır.

Nahid SALAYEV





Seçilən
16
baki-xeber.com

1Mənbələr