Albert Eynşteyn Tibb Kollecinin alimləri, soda və şirin içkilərin həddindən artıq istehlakının bağırsaq mikroflorasında balanssızlığa səbəb olduğunu və diabet riskini artırdığını müəyyən ediblər.
QHT.az xəbər verir ki, tədqiqatda Clostridium bolteae və Anaerostipes caccae bakteriyalarının artması ilə əlaqəli dəyişikliklər aşkar edilib. Bu dəyişikliklər qanda 56 molekulun konsentrasiyasını təsir edərək diabetin inkişaf riskini artırır. Tədqiqatın nəticələri, diabetin qarşısının alınması və müalicəsi üçün yeni yanaşmaların inkişafına töhfə verə bilər.
R.İmanov