Azərbaycan, Uruqvay və Argentina 2025-ci ilin əvvəlindən Rusiyaya kərə yağı ixracını artırıb.
"Ölkə.az" xəbər verir ki, Belarusdan idxalda ciddi azalma qeydə alınıb.
Bildirilir ki, hesabat dövründə Azərbaycandan Rusiyaya 940 ton kərə yağı ixrac edilib ki, bu da 2023-cü ilin eyni dövründəkindən (240 ton) 4 dəfə çoxdur. Uruqvay 2024-cü ilin yanvarında Rusiyaya bir il əvvəlki 150 tona qarşı 649 ton, Argentina 50 tona qarşı 200 ton yağ göndərib.
Eyni zamanda, Belarusdan kərə yağı tədarükü 1,8 dəfə azalaraq 2023-cü ilin yanvarındakı 10,2 min tondan 5,6 min tona düşüb.
Xəbər verdiyimiz kimi, Rusiya ötən il kəskin qiymət artımından sonra kərə yağının 2025-ci il iyunun 15-dək rüsumsuz idxalına kvota tətbiq edib. Onun həcmi 25 min tondur. Bu tədbir 23 dekabr 2024-cü il tarixindən qüvvəyə minib. Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata görə, bir ayda kvotadan 1099 ton istifadə olunub.(musavat.com)