Paşinyan haralara baş vursa də, sonda yenə ümidi əlindən heç nə gəlməyən Makrona olacaq
İkinci Qarabağ müharibəsindən indiyə qədər Ermənistan bütün dünyanı ələk-vələk edib dəstək axtarır ki, Azərbaycandan qisas alsın. Çünki erməni icması son beş əsrdə Yaxın Şərqdə və Cənubi Qafqazda apardığı separatçı, pozuculuq və terror aktlarına görə bu cür layiqli cavab almayıb.
Rusiya Türkiyə (Osmanlı) ilə üst-üstə 300 il savaşdı və bütün döyüşləri, hətta türklərin ən zəif olduqları qarşıdurmanı belə uduzdu. Bəs səbəb nə idi, əlbəttə, erməni icmasının satqınlığı və həyata keçirdiyi casus-terror əməliyyatları. Elə döyüşlər olub ki, rusların məğlubiyyəti qaçılmaz sayılıb, amma ermənilər gecə ilə türk sərkərdəsini sui-qəstlə qətlə yetiriblər, səhəri ordu sərkərdəsiz açıb. Amma bununla belə, Osmanlı erməniləri cəzalandırmağa macal tapmayıb. Çünki erməni xəyanətini sonda anladılar və inmkanları yalnız onları ölkənin sərhədlərindən dərinliklərə köçürməyə çatdı. Bunu isə ermənilər rusların fətvası ilə ötən əsrin 50-ci illərindən "genosid" adlandırmağa başlayıblar. Ermənilər iddia edir ki, "erməni genosidi" 1914-cü ildə baş verib, amma nədənsə, 1952-ci ilə ("soyuq müharibə" başlanana), Türkiyə ilə SSRİ-nin arasında soyuqluq yaranana qədər bu barədə heç bir mənbədə məlumat yoxdur.
Bəli, beş əsrlik ermənilik tarixində 44 günlük müharibə onlar üçün yeganə layiqli cavab oldu. Ona görə də dünya erməniləri bunu həzm edə bilmir.
Türkiyə Böyük Millət Məclisinin keçmiş erməni əsilli depulatı Garo Paylan dünya erməni mafiyasının bir üzvü kimi Ermənistanın vaxt qazanıb, silahlanaraq yenidən Azərbaycanadan qisas almasını təbliğ edir, bu yolda gecə-gündüz çalışır. Hətta Türkiyədə bu əbləhi hansısa qüvvələr orta məktəblərdə şagirdlərlə görüşdürür, bunun deputat seçilməsinə şərait yaradırlar. Əslində isə Garo Paylan bütün türk dünyasının düşmənidir. O, bir dəfə türk məktəblilərinin qarşısında çıxışı zamanı deyib ki, ikinci Qarabağ müharibəsində minlərlə gənc həlak oldu, müharibə etmək fikrinə düşsəniz siz də öləcəksiniz. Bununla o, türk gənclərinin vətənpərvərlik hissini cilovlamağa çalışırdı. Erməniləri isə silahlanaraq qisas almağa çağırır. Amma bu heç də erməni icmasına - Ermənistan cəmiyyətinə xidmət deyil. Bu, əslində dünya güclərinin maraqlarını ifadə etməkdir. Paylan kimilər gəlib Ermənistanda nə döyüşən, nə də yaşayandır. Bunu 44 günlük müharibə də göstərdi. Bu gün Ermənistanın sürətlə silahlanması region üçun ciddi təhdid yaradır. Çünki həm cəmiyyətin müxalif kəsimi, həm də dünya erməniləri revanşist ideyaların təbliğində canfəşanlıq edirlər. Pasinyan isə "sülh göyərçini" qiyafəsi geyinmiş "keşis Qafon"u xatırladır. O, "erməni soyqırımı", "dənizdən dənizə Ermənistan", "böyuk Ermənistan" və s. bu kimi ideyaları ifşa etməklə özünü ermənilərdən fərqli düşünən "fenomen" kimi təqdim etmək istəyir. Bununla o daha çox özünə inam qazanmaq istəyir. Amma əslində Paşinyan da digər ermənilərdən yalnız onunla fərqlənir ki, onu Rusiya deyil, Sem dayı hakimiyyətə gətirib və o da dəstəkləyir. Amma o da bölgədə münaqişənin bitməsini istəmir. Çunki bölgədə münaqişə bitsə, sülh müqaviləsi bağlansa, nə Avropa müşahidəçilərinə, nə də Amerika sərhədçilərinə ehtiyac qalacaq. Bu iki qüvvənin Cənubi Qafqazda yerləşməsı üçün qarşıdurma, ən azı gərgin münasıbətlər davam etməlidir. Ona görə də Ermənistanın silahlanması, müharibəyə hazırlıq görməsi və hansısa mərhələdə yenidən müharibəyə başlaması sözügedən qüvvələrə hava-su kimi lazımdır.
Bölgədə yenidən müharibənin başlanması isə nə Azərbaycan xalqına, nə də naqis düşüncəli erməni icmasına xeyir gətirəcək. Bu savaş baş verəcəksə, Ermənistanın sonunu gətirəcək. Amma Azərbaycan tərəfi də itkilər verəcək. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə müsahibələrində bəyan edib ki, Ermənistanın silahlanmasına son qoyulmalı, Fransadan, Hindistandan, Yunanıstandan, Çindən və digər ölkələrdən verilən silahlar geri alınmalıdır. Bu, Azərbaycan dövlətinin rəsmi tələbidir. Əks təqdirdə Azərbaycan bu silahlardan Ermənistanın istifadə edə bilməməsi üçün tədbirlər görəcək. Həmin tədbirlərin məzmunu isə hələlik Azərbaycanın dövlət sirridir.
Mələk donu geyinmiş Paşinyan isə artıq ona hərtərəfli dəstək verən Amerika prezidentini itirdi. Tramp Ermənistan üçün artıq Bayden deyil ki, onun istədiyi məzmunda sülh müqaviləsini imzalamaqdan ötrü Azərbaycana elçi düşsün. Xatirlayirsınızsa, Bakıda keçirilən COP29 ərəfəsində Co Bayden ermənilər üçün belə bir elçilikdə bulundi. Sözsüz ki, Tramp da Amerika xalqının maraqlarına uyğun olaraq ermənilərdən yararlanmaqda davam edəcək. Amma eyni zamanda da Amerikanin ən böyük erməni təşkilatı olan "Ay-Data"nın "biz namizədlərin hər ikisini boykot edəcəyik, onlar həmişə bizə yalan vədlər verib, biz real əməl istəyirik" məzmunlu bəyanatını unutmayacaq. Ona görə də Paşinyan Amerikaya ildə on dəfə də səfər edə, orada mənasız-məzmunsuz tədbirlərdə iştirak edə, lap Trampla da görüşə bilər, amma bunun Ermənistana və erməni icmasına heç bir faydası olmayacaq. Sonda yenə ümid əlindən heç nə gəlməyən, Azərbaycanı öz daxili işlərinə müdaxilə etməkdə suçlaya Makrona qalacaq. Makronun isə gücü yalnız ölkənin müstəmləkələrini talamaq və xalqına divan tutmağa çatır.
Akif NƏSİRLİ