AZ

AT: Putin və Tramp Ukraynadakı nadir metallar üzrə razılaşa bilər

AT:

ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putin Ukrayna ərazisindəki nadir faydalı qazıntı yataqları ilə bağlı razılıq əldə edə bilərlər. Bu, münaqişənin sülh yolu ilə həlli üçün razılaşmanın bir hissəsi ola bilər, çünki respublikanın ən mühüm mineral ehtiyatlarının böyük hissəsi Rusiya Silahlı Qüvvələrinin nəzarətindədir. “Ulusum”.az xəbər verir ki, bu barədə Asia Times yazır.Nəşrin fikrincə, Tramp Rusiya prezidenti Putinlə razılıq əldə edərək Moskvanın bəzi nadir torpaq metalları yataqlarını ABŞ-a satmasını şərt kimi irəli sürə bilər. Əgər amerikalı lider Kiyevi müəyyən ərazilərdən çəkilməyə məcbur etsə, Kreml bu təklifi qəbul edə bilər.Asia Times hesab edir ki, Tramp Putinin nəzarətində olan yataqlarla bağlı razılıq əldə etsə, Ukrayna prezidenti Zelenskinin başqa çıxış yolu qalmayacaq və bu razılaşmanı qəbul etməli olacaq. Bundan əlavə, Kiyev Vaşinqtona nadir torpaq ehtiyatlarına çıxış verməyə hazır olduğunu bildirib.Bu məsələ ABŞ-ın Kiyevə hərbi yardımını müvəqqəti dayandırması və bərpa etməsi fonunda, həmçinin Amerika administrasiyasının yardım həcmi ilə bağlı fikir ayrılıqları çərçivəsində müzakirə olunur.Səidə

Diqqət Çəkənlər

Aİ liderləri ABŞ-ın rüsum qərarına cavab verəcəklərini bildiriblər

UFC döyüşçüsü Makqreqor "İrəli, Həbib" deyən azarkeşin üzünə tüpürüb

Türkiyədə maliyyə piramidası quran qardaşlara 45 min il həbs cəzası verilib

Seçilən
3
ulusum.az

1Mənbələr