İsveçdə Stokholmdan 200 km qərbdə yerləşən Orebro şəhərində məktəbə hücum olub. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb. Hücum zamanı 5 nəfərin güllələndiyini və fövqəladə hallar xidmətinin geniş reaksiya verdiyini bildirilir."Beş nəfərin güllə yarası aldığı təsdiqlənib", - deyə polisin açıqlamasında qeyd edilir: “Hazırda buna adam öldürməyə cəhd, yandırma və silahla ağır hücum kimi baxılır”.Yerli xilasetmə xidmətinin sözçüsü bildirib ki, təcili yardım, xilasetmə xidmətləri və polis hadisə yerindədir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta