AZ

Azərbaycan Dövlət Pedaqoji Universiteti 403 min manatlıq sifariş verdi

Azərbaycan Dövlət Pedaqoji Universiteti maşın və avadanlıqların satınalınması ilə bağlı müqavilə bağlayacaq.

Valyuta.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, görüləcək işi "AE UNION" Məhdud Məsuliyyətli Cəmiyyəti həata keçirəcək.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 403 min 108 manatdır. 

Qeyd edək ki, MMC- nin qanuni təmsilçisi Ağayev Anar Zakir oğludur. Şirkət 2017- ci il 30 oktyabr tarixində dövlət qeydiyyatına alınıb.

Maya Hüseynova

Seçilən
12
valyuta.az

1Mənbələr