AZ

Türkiyə və Misirin imzaladığı bəyannamənin detalları açıqlanıb

Bakı, TurkicWorld

Türkiyə xarici işlər naziri Hakan Fidan və Misir xarici işlər naziri Bedr Abdulatinin Ankarada keçirdiyi birgə mətbuat konfransından sonra “Türkiyə və Misir Xarici İşlər Nazirlərinin Birgə Bəyannaməsi” imzalandığı açıqlanıb.

TurkicWorld AzerVoice-a istinadən xəbər verir ki, bəyannamədə bir neçə mövzuya toxunulub.

Bəyanatda, İsrailin Birləşmiş Millətlər Təşkilatı (BMT) Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) roluna xələl gətirən qərarların ləğv etməsinin zəruriliyi vurğulanıb.

Bəyannamədə Fələstin və İsrail arasında beynəlxalq hüquq, BMT qətnamələri, iki dövlət arasında ədalətli və davamlı sülhün bərqərar olması və xüsusilə 4 iyun 1967-ci il sərhədlərində paytaxtı Şərqi Yerusəlim olan Fələstin Dövlətinin bütövləşdirilməsi ilə Yaxın Şərqdəki xaosun aradan qaldırılmasının zəruriliyi təkrarlanıb.

Bəyanatda 2025-ci ilin Türkiyə ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 100-cü ildönümü olduğu qeyd edilib. Nazirlər, ikitərəfli əməkdaşlığın müsbət istiqamətdə inkişaf etməsindən məmnun olduqlarını bildiriblər.

Bununla yanaşı, bəyanatda Qəzzada atəşkəs sazişinin imzalanması ilə girovların və məhbusların azad edilməsi məmnuniyyətlə qarşılandığı, bu məsələdə Misir, Qatar və ABŞ-ın göstərdiyi səylərin təqdir edildiyi qeyd olunub.

Seçilən
21
turkic.world

1Mənbələr