Qəzaya uğramış "Azərbaycan Hava Yolları"na məxsus təyyarənin əsas idarəetmə sistemlərinin itirildiyi vaxt açıqlanıb.
Publika.az xəbər verir ki, bu barədə Beynəlxalq Mülki Aviasiya Təşkilatının 1944-cü il Beynəlxalq Mülki Aviasiya haqqında Çikaqo Konvensiyasının 13 saylı Əlavəsinin tələblərinə uyğun aparılan araşdırmanın ilkin hesabatında qeyd olunub.
"05:13:32-də hava gəmisinin əsas idarəetmə sistemləri itirilir, 05:21:42-də əlaqələndirici dispteçer “Ковер” əməliyyatı barədə Qoznıya məlumat verir. Oksigen balonunun partlaması ilə bağlı faktı ehtiva edən hər hansı bir məlumat qeyd olunmamışdır".
Ən maraqlı məqamlardan biri isə Rusiya tərəfinin iddia etdiyi “Ковер” əməliyyatının tətbiqi ilə bağlıdır.