AZ

Özümdən yaxşı futbolçu görməmişəm -

Portuqaliyalı ulduz Kriştiano Ronaldo tarixin ən böyük futbolçusunun özü olduğunu açıqlayıb. Metbuat.az xəbər verir ki, Ronaldo bildirib ki, tarixin ən yaxşı futbolçusu olduğunu əldə etdiyi uğurlar da ortaya qoyur. İspaniyanın "La Sexta" kanalına müsahibə verən Ronaldo deyib:

"Futbol tarixinin ən yaxşı futbolçusu olduğumu hesab edirəm. Özümdən daha yaxşı futbolçu görməmişəm. İnsanlar Pele, Maradona və ya Messiyə üstünlük verə bilər, bunu başa düşürəm və hörmət edirəm, amma Kriştianonun bütün bacarıqlara sahib olmadığını söyləmək ədalətsizlikdir. Mən heç vaxt özümdən daha yaxşı oyunçu görməmişəm Baş zərbələri, penaltilər, sərbəst vuruşlar... Meydanda hər şeyi yaxşı edirəm, güclüyəm. Mən hər iki ayaqla oynaya bilirəm”.

Seçilən
5
metbuat.az

1Mənbələr