Hazırkı UFC çempionu Merab Dvalişvili sponsorlarının maraqlarının Rusiya televiziya layihəsinin sponsorları ilə kəsişdiyinə görə döyüş realiti-şousunu çəkməkdən imtina edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "AMC Fight Nights"-ın rəhbəri Kamil Hacıyev məlumat verib. O, bunları deyib:

"Mən təfərrüatları bilirəm. Həqiqətən də Merabın bir sıra sualları var, ilk növbədə, bu suallar bəzi tərəfdaşlarının kəsişməsi ilə bağlıdır. Elan edilən şounun bütün tərəfdaşları, həm bukmeker kontoru, həm də içki şirkətlıridir. Hansı ki, Merabın da oxşar tərəfdaşları var. Merabın realiti-şouda iştirak etməyəcəyi məhz bu səbəbdəndir”.