Dekabrda qəzaya uğrayan Azərbaycan təyyarəsi Rusiyanın Pantsir-S raketi ilə vurulub, bu barədə hökumətdəki mənbə Reuters-ə bildirib
Azərbaycan hökumətindəki mənbə Reuters agentliyinə bildirib ki, dekabr ayında Rusiyadan Qazaxıstana yönləndirildikdən sonra qəzaya uğrayan Azərbaycan sərnişin təyyarəsi Rusiyanın Pantsir-S hava hücumundan müdafiə sistemi ilə vurulub.
“Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin fraqmenti var”, - mənbə bildirib.
Qeyd edək ki, "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin dekabrın 25-də Rusiyanın cənubundan Xəzər dənizi üzərindən marşrutunu dəyişərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub.