AZ

“Avroviziya-2025”də Azərbaycanı “Mamagama” qrupu təmsil edəcək

Bakı. Trend:

“Avroviziya-2025” beynəlxalq mahnı müsabiqəsində Azərbaycanıtəmsil edəcək iştirakçının adı açıqlanıb.

Avroviziyada Azərbaycan nümayəndə heyətinin rəhbəri NurlanaCəfərovanın və media rəhbəri Turab Teymurovun Trend-ə verdiyi məlumatagörə, bu il ölkəmizi İsveçrənin Bazel şəhərində “Mamagama” qruputəmsil edəcək.

2021-ci ildə yaradılan “Mamagama” qrupu rok, pop və ənənəviAzərbaycan musiqisinin unikal birləşməsi ilə tanınır. QrupAzərbaycanın musiqi səhnəsində ən yenilikçi kollektivlərdən birikimi seçilib və beynəlxalq musiqi festivallarında uğurlu çıxışlarıilə fərqlənib. Xüsusilə 2022-ci ildə Albaniyada keçirilən “KëngaMagjike” beynəlxalq musiqi festivalındakı uğurları diqqətçəkib.

Qrupun tərkibi üç nəfərdən ibarətdir: Asəf (frontmen və əsasvokalçı), Hass (gitara ifaçısı) və Arif (zərb alətləriifaçısı).

Azərbaycanı təmsil etməkdən danışan Asəf bildirib: “Bu qədərböyük bir səhnədə, Azərbaycanın mədəniyyətini təmsil etmək mənimüçün böyük bir şərəfdir. Doğulduğum torpağa dərin sevgi bəsləyirəmvə bu müsabiqə, onun gözəlliyini və ruhunu bütün Avropa iləpaylaşmağım üçün bir fürsətdir. Yaxın zamanda açıqlanacaq mahnımızölkəmizin ruhunu tam əks etdirir. Biz inanılmaz dərəcədəhəyəcanlıyıq. İnanıram ki, çıxışımız yaddaqalan bir təəssüratyaradacaq.”

Bazeldə keçiriləcək 69-cu “Avroviziya” mahnı müsabiqəsi mayın13-dən 17-nə qədər davam edəcək. “Mamagama” birinci yarımfinalmərhələsinin ikinci hissəsində, mayın 13-də səhnəyə çıxacaq.

Seçilən
19
5
az.trend.az

6Mənbələr