AZ

Goranboyda yaşlı kişini avtomobil vuraraq ÖLDÜRDÜ

Goranboyda 65 yaşlı kişini avtomobil vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə hadisə Goranboy-Tərtər avtomobil yolunun rayonun  Xan Qərvənd kəndi ərazisindən keçən hissəsində baş verib. 1965-ci il təvəllüdlü M  Bayramov yolu qarşı tərəfə keçmək istəyən zaman hərəkətdə olan avtomobil onu vurub. 65 yaşlı piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
6
unikal.az

1Mənbələr