Maraqlıdı ki, bu oyun Binə qəsəbə stadionunda keçirildi. Rəqiblərini həmişə “ASK Arena”da qəbul edən “qartallar” bu dəfə nədənsə Binəyə üz tutdu.
Stadionun dəyişdirilməsinin səbəbi nə idi? Növbəti ev oyunu harada keçiriləcək? Bu sualları “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə ünvanladıq:
“Meydançada problem olduğunu görə orda oyun keçirmədik. Hələlik növbəti oyunun harda olacağı bilinmir”.
ƏSƏD SEYİDOV