Super Liqa komandalarından olan "Beşiktaş"da baş məşqçi Ole Qunnar Sulşerin komandasına qatılacaq yeni ad bəlli olub.
Offsideplus.az xəbər verir ki, idman jurnalisti Tayfun Akkayanın verdiyi məlumata görə; Tom Qrin Sulşerin komandasına matç analitiki kimi qoşulacaq.
Qeyd edək ki, Ole Qunnar Sulşer yanvarda "ağ-qaralar"ın baş məşqçisi təyin olunub. Əlavə edək ki, Sulşer və Tom Qrin “Mançester Yunayted”də birlikdə çalışıblar.